“Qəbələ” növbəti mövsümdə avrokubok oyunlarını harada oynayacağı ilə bağlı qəraer verdi
“Qəbələ” növbəti mövsümdə də avrokuboklarda doğma məkandan kənarda qalacaq.
1news.az Azərtac-a istinadən xəbər verir ki, klubun vitse-prezidenti Fariz Nəcəfov bununla bağlı jurnalistlərə açıqlama verib.
F.Nəcəfov Qəbələdəki yeni stadionun inşasında son durumun nə yerdə olması ilə bağlı sualı belə cavablandırıb:
“Kaş, buna müsbət cavab verə biləydim. Təəssüf ki, işimiz gözləmədiyimiz şəkildə tam sürətlə getmədi. Buna görə də gələn mövsümdə də avrokuboklardakı ev oyunlarımızı Qəbələdə keçirməyimiz gözlənilmir”.
İki ildir UEFA Avropa Liqasında ev qarşılaşmalarını Bakıda keçirən “qırmızı-qaralar” turnirin iki matçını Qəbələdə oynayıb. Bunlar 2014-cü ildə debüt matçı olan Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu (0:2), bundan bir il sonra mərhələ keçdiyi Tbilisinin “Dinamo” klubu (2:0) ilə görüşlərdir.
1news.az