“Qarabağ” 12 ildən sonra bunu bacardı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” 12 ildən sonra bunu bacardı

15:11 - 26 / 12 / 2016
“Qarabağ” 12 ildən sonra bunu bacardı

Azərbaycan kubokunun 1/4 final mərhələsi “Qarabağ”ın məhsuldar çıxışı ilə əlamətdar olub. 

1news.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi “Sumqayıt”la oyunlarda 11 qol vurub. Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub.

Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınıb. 1/16 final mərhələsinin “Ədliyyə-2” (sonradan “Böyük Vadi” adlanıb) ilə qarşılaşmalarında da “Qarabağ” rəqibini 11 dəfə məyus edib. Ağdamlılar səfərdə 4:1, evdə 7:2 hesablı qələbə qazanıb.

Ağdam klubunnun tarixində mütləq rekord isə 1997/98 mövsümünə təsadüf edib. 19 il əvvəl 1/16 finalın “Naftalan”la görüşlərində “Qarabağ” 14 qol vurub – 12:0, 2:1.

1news.az

Paylaş:
544

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər