Dünyanın maraqlı və gülməli Yeni il adətləri – FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünyanın maraqlı və gülməli Yeni il adətləri – FOTO

11:54 - 26 / 12 / 2016
Dünyanın maraqlı və gülməli Yeni il adətləri – FOTO

2016-cı ilin – Meymun ilinin bitməsinə sayılı günlər qalıb. Yeni il – həqiqətən də beynəlxalq bayramdır. Hər bir ölkə bu bayramı özünəməxsus tərzdə qeyd edir.

Misal üçün, italyanlar pəncərədən köhnə mebelləri atır. Panamalılar isə bacardıqca çox səs-küy salaraq qışqırırlar. Ekvador da isə alt paltarına üstünlük verirlər. Belə ki, onların inancına görəqırmızı alt paltarı məhəbbət, sarı isə pul gətirir. Bolqariyada isə işıqları söndürülər – çünki Yeni ilin gəlişi bayram busələri üçün yaxşı məqamdır. Yunanıstanhəmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür.

Ayrı-ayrı ölkələrin Yeni il adətləri ilə tanış olaq:

İlk olaraq qeyd edək ki, Avropanın çox ölkəsində Yeni ili xüsusi təmtəraq və ciddi qaydalarla qarşılayırlar. Elə ölkə var ki, orada Şaxta baba, elə yerlər də var ki, orada uşaqların Şaxta nənəsi olur. Şaxta babanın adı Noel ata, Şaxta nənənin ismi isə Befandır. Avropada belə bir fikir də dəbdədir ki, Yeni il axşamı ən yaxşısı evindən bayıra çıxmamaqdır. Bunun da bir səbəbi var: həm o axşam pəncərədən atılan köhnə mebellər sənin üstünə düşməz, həm də bayramı hansı ovqatla qarşılasan, elə o əhval-ruhiyyə ilə də sona çatdırarsan.

Ekvador

Ekvador sakinlərinin Yeni il ənənələri olduqca maraqlıdır. Burada kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə, gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır.

İtaliya

İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. Buna görə küçədə olan adamlar yoldan keçərkən ehtiyatlı olmalıdırlar. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.

İspaniya

İspaniyada da bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas Yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə 12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında həyata keçirməkdir. Kim bunu bacarırsa, növbəti ildə onu uğurlar gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.

İspanların daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla davam edir.

İngiltərə

İngiltərədə bütün ili bir yerdə olmaq üçün sevgililər öpüşməldir.

Həmçinin balacalar üçün qədim İngilis nağıllarından ibarət səhnəciklər qurulur. Yeni il gecəsəi küçə alverçiləri oyuncaqlar satır. İlk dəfə Londonda 1843-cü ildə Yeni il gecəsi açıqcalarla bir-birini təbrik etmək ənənəsi yaranıb.

Vyetnam

Vyetnamda Yeni il ay təqvimi ilə yanvarın axırında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar.

Vyetnamlılar Yeni il axşamı əziz adamlarına çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.

Fransa

Fransada Yeni il gecəsi ən başlıcası çaxır çəlləyini qucaqlamaqdır. Fransız Per noel baba bayram gecəsi gələrək uşaq başmaqlarına hədiyyələr qoyur.

Yeni il üçün bişirilmiş piroqun içindən kimin payına noxud çıxısa onu noxud kralı elan edilir və bayram gecəsi hər kəs onun əmrlərinə tabe olur.

Macarıstan

Macarıstanda Yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili "dəfn" eləyib yenisini qarşıladığımız üçün hamı yeyib-içib şənlənməlidir.

Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar, ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar Yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya Yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.

Danimarka

Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa, gələn il onun üçün düşərli və uğurlu olur.

Yunanıstan

Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür. Daha bir ənənəyə görə isə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa, həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə yeni il də bir o qədər uğurlu olar.

Braziliya

Braziliyada Yeni il şənlikləri olduqca romantik keçirilir. Bayram günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar.

Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır. Həmçinin braziliyalılar 7 dalğa üzərindən tullanılan zaman  şansının yaxşı olacağına inanarlar.

Rumıniya

Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Rusiya

Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə, süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə, donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır.

Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir. Həmçinin Rusiyada insanlar diləklərini kiçik kağız parçalarına yazar, bu kağızları yandırar, sonra yanıq kağızı şampan badələrinə atıb bu şampanları içərlər.

Türkiyə

Türkiyədə Yeni ili xüsusi yeməklər hazırlanmaqla əsasən qonşu və qohumlarla birlikdə qeyd edilir. Məqsəd kədəri, sıxıntını köhnə ildə buraxmaqdır.

İran

İranda Yeni il əsasən 22 martda qeyd edilir. Bu vaxt müxtəlif silahlardan atəş açılır. Bütün kişilərin əlində gümüşü pullar olur. Bunun mənası bütün il boyu öz torpaqlarından yarılmamaqdır. Yeni ilin ilk günü köhnə gil qabları sındırmaq, əvəzinə yenisi almaqdır.

Azərbaycan

Azərbaycanda isə Yeni il axşamının bir özəlliyi ondan ibarətdir ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Doğrudur, Yeni ilin gəlişini biz adətən Novruz bayramında qeyd edirik.

Amma uzun illər Sovetlər Birliyində olduğumuz üçün bu adət hələ də ölkəmizdə davam edir. Süfrəmizə ləziz yeməklərlə bərabər, milli mətbəximizin gözəl təamları da qoyulur.

S.Xankişiyeva

Paylaş:
8386

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər