Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib

Qafar Ağayev13:02 - 07 / 11 / 2025
Bakı, Sumqayıt və Abşeron üzrə noyabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.

Bu barədə 1news.az-a Nazirlikdən məlumat verilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələrində yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Paylaş:
416

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər