“Neftçi” yeni transferlərini rəsmən açıqladı | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” yeni transferlərini rəsmən açıqladı

13:35 - 27 / 12 / 2016
“Neftçi” yeni transferlərini rəsmən açıqladı

“Neftçi” klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, “ağ-qaralar” millimizin və “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov və gürcü müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlayıb.

Namiq Ələsgərov “Bakı”, “Qarabağ” və “Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür.

Georgi Navalovski isə Gürcüstanın “Dinamo” (Tbilisi), “Olimpi”, “Dila”, Rusiyanın “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno”, Yunanıstanın “Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı “İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

1news.az

Paylaş:
617

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər