Qriqorçuk Ukraynanın ən yaxşıları sırasında | 1news.az | Xəbərlər
Futbol

Qriqorçuk Ukraynanın ən yaxşıları sırasında

13:56 - 29 / 12 / 2016
Qriqorçuk Ukraynanın ən yaxşıları sırasında

Ukraynanın depo.ua saytı öz versiyasına əsasən ölkənin 2016-cı il üçün ən yaxşı 5 məşqçisinin siyahısını tərtib edib.

1news.az-ın məlumatına görə, siyahıda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da yer alıb.

Ən yaxşı məşqçilər siyahısına R.Qriqorçukla yanaşı, Aleksandr Babiç (“Çernomorets”), Vladimir Şaran (“Aleksandriya”), Andrey Şevçenko (Ukrayna millisi) və Yuri Vernidub (“Zarya”) da daxil edilib.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2015-ci ilin əvvəlindən “Qəbələ”ni çalışdırır.

1news.az

Paylaş:
612

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər