Çexiyalı futbolçu “Neftçi”də
“Neftçi” “Slovan”nın futbolçusu Zdenek Folprexti transfer edib.
1news.az-ın Liberets təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Bakı klubunda icarə əsasında çıxış edəcək.
Belə ki, çexiyalı futbolçu tibbi müayinə üçün Türkiyəyə yollanacaq. Çünki “Neftçi” təlim-məşq toplanışını Antalya şəhərində keçirəcək.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl "Qarabağ"dan Namiq Ələsgərov və Yunanıstanın “Veria” klubundan Georgi Navalovskini heyətinə qatıb.
1news.az
646