Daha bir güləşçimizdə dopinq tapıldı
Ölkəmizi təmsil edən daha bir güləşçidə dopinq tapılıb.
1news.az-ın məlumatına görə, bu dəfə güləşçimiz Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb.
Milliləşdirilən legionerin yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib. Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.
Qeyd edək ki, bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi.
1news.az