FİFA-dan tarixi qərar | 1news.az | Xəbərlər
Futbol

FİFA-dan tarixi qərar

15:05 - 10 / 01 / 2017
FİFA-dan tarixi qərar

FİFA prezidenti Canni İnfantino dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul edilib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün bu haqda rəsmi qərar qəbul edilib.

Qərara əsasən, İnfantinonun ideyası qəbul olunub və 2026-cı ildən başlayaraq mundialda 48 komanda iştirak edəcək.

Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.

Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan 1 komanda yollanacaq.

1news.az

Paylaş:
655

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər