Təbriz Həsənov: Rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq | 1news.az | Xəbərlər
Futbol

Təbriz Həsənov: Rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq

10:15 - 10 / 01 / 2017
Təbriz Həsənov: Rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq

Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir.

1news.az-ın məlumatına görə, bunu FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə keçirdiyi ilk oyunda 1:2 hesabı ilə Litva yığmasına məğlub olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

“Rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq. Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm”- deyə, T.Həsənov qeyd edib.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər