Vaşkunas Vitautas: Çox güclü komandaya qalib gəlmişik | 1news.az | Xəbərlər
Futbol

Vaşkunas Vitautas: Çox güclü komandaya qalib gəlmişik

10:30 - 10 / 01 / 2017
Vaşkunas Vitautas: Çox güclü komandaya qalib gəlmişik

Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik. Bu oyuna çox ciddi hazırlaşmışdıq.

1news.az-ın məlumatına görə, bunu FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə keçirdiyi ilk oyunda Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına 2:1 hesabı ilə qalib gələn Litva yığmasının baş məşqçisi Vaşkunas Vitautas deyib.

“Çox güclü komandaya qalib gəlmişik. Qələbə qazana bildiyimiz üçün özümü çox xoşbəxt hiss edirəm. Bəlkə bu gün o qədər də yaxşı çıxış edə bilmədik. Amma bugünkündən daha yaxşı oynamağı bacardığmızı düşünürəm. Və daha yaxşı oynaya biləcəyin halda qələbə qazana bilirsənsə, buna yalnız sevinmək lazımdır”- deyə, V.Vitautas qeyd edib.

1news.az

 

Paylaş:
667

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər