Millimiz Qazaxıstanla bərabərə qaldı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Qazaxıstanla bərabərə qaldı

19:18 - 11 / 01 / 2017
Millimiz Qazaxıstanla bərabərə qaldı

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir.

1news.az xəbər verir ki, yarışda iştirak edən U-19  millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib.

Qrupun digər oyununda Slovakiya ilə Litva milliləri qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

Qeyd edək ki, yığmamız ilk oyunda Litvaya (1:2) hesabı ilə məğlub olub.

Valentin Qranatkinin xatirə turniri

II tur, C qrupu

Qazaxıstan – Azərbaycan - 2:2

Qollar: Dinmuxammed Kaşken, 18 (p.), Danil Kuznetsov, 53 - Rafael Məhərrəmli, 45+2, Fərid Nəbiyev, 82

1news.az

 

Paylaş:
598

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər