Yığmamızdan antirekord | 1news.az | Xəbərlər
Futbol

Yığmamızdan antirekord

13:36 - 14 / 01 / 2017
Yığmamızdan antirekord

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza atıb.

1news.az apasport-a istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdəki uğursuz çıxışı ilə azarkeşlərini məyus edib.

Komandamız qrup mərhələsində keçirdiyi 3 oyunda cəmi 1 xal toplayıb. Litvaya 1:2, Slovakiyaya 0:1 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələri yalnız Qazaxıstandan xala ala bilib – 2:2. Bu isə yalnız qrup sonuncusu olmaq üçün kifayət edib.

2009-cu ildən bu turnirin daimi iştirakçısı olan komandamız üçün qrupda 1 xal ən aşağı göstəricidi. Yığmamız 2014-cü ildə də qrupu 1 xalla tamamlamışdı. İndi isə 3 il əvvəlki antirekordu təkrarlanıb.

2015-ci ildə qrupda iki qələbə qazanan komanda 6 xalla rekordunu vurmuşdu. 2013 və 2016-cı illərdə 4 xala sevinən millimiz son illərdəki bu uğurunu fiasko ilə davam etdirib.

2009 və 2012-ci illərdə qrupda 1 qələbəsi olan yığmamız 2010 və 2011-ci illərdə 3 oyundan ikisində heç-heçəyə nail olmuşdu.

Qeyd edək ki, yığmamız 9-16-cı yerlər uğrunda mübarizə aparmalı olacaq.

1news.az

Paylaş:
572

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər