Futbolçunun bir statusu ona 40 minə başa gəldi | 1news.az | Xəbərlər
Futbol

Futbolçunun bir statusu ona 40 minə başa gəldi

20:22 - 17 / 01 / 2017
Futbolçunun bir statusu ona 40 minə başa gəldi

"Mançester Siti" klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə FA xəbər yayıb.

B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun "Bernli" komandası üzərində qələbədən sonra "İnstaqram"da status yazması olub:

"10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik".

Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirilib.

Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turunda "Mançester Siti" - "Bernli matçının (2:1) 31-ci dəqiqəsində hakim "şəhərlilər"in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb.

1news.az

Paylaş:
649

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər