#MFLstars: “Eleven” komandasının həvəskarlar arsında mini futbol üzrə turnirin liderlərindən biri olması haqda – FOTO
1news.az və Sportbox.az mini futbol üzrə ən böyük həvəskar liqası (MFL) ilə əməkdaşlıq çərçivəsində ötən payız start götürən, 40-dan çox iştirakçını əhatə edən, çempionatda iştirak etmiş komandalar haqqında silsilə materiallar təqdim edir.
Bu gün #MFLstars-ın yeni rubrikasında sizləri turnirin liderlərdən biri – “Eleven” komandası ilə tanış edəcəyik.
Tamerlanın 29 yaşı var. O, dövlət qulluqçusudur. Geo – DJ və musiqiçidir, Ümid – Azərbaycanın su polosu üzrə yığmasının kapitanıdır, Toğrul – bank sektorunda çalışır, Orxan isə - şəxsi biznesini inkişaf etdirir.
Müxtəlif peşələrdən olan bu insanları Azərbaycanda həvəskarlar üzrə ilk mini futbol turniri – MFL birləşdirir. “Eleven” komandası “B Konferensiyasında” liderlik edərək 11 oyunda 11 qələbə qazanıb.
TOTA komandası (komanda əvvəllər belə adlanırdı) MFL-in əvvəlki turnirlərində uğurlu çıxış etməyib. Lakin düzgün nəticələrə çıxararaq bütün rəqiblərini udub. Bununla yanaşı, komandanın tərkibi dəyişməyib.
Liqa zamanı komanada sponsor qazanıb. Bu, məşhur Eleven restaurant & lounge-dır. Hazırda isə komanda klubun adını daşıyır.
Cəmil Hüseynov Bakıda ən məşhur və uğurlu klublardan biri - Eleven restaurant & lounge hesabına məşhurdur. Futbol – idmanın ən məşhur növüdür, Cəmil Hüseynov qeyd edir ki, bu haqda çox az bilir:
“Özümü oyunsevər insan hesab edirəm. Və bu sahədə inkişaf edənlərə də hörmət edirəm. “Eleven” ilk növbədə MFL-ə reklam nöqteyi-nəzərindən qoşuldu. MFL sağlam həyat tərzi üçün bir yoldur. Əlbəttə ki, bu, həmçinin futbol və ona marağın inkişafıdır. Yaxın vaxtlaradək futbol haqda az məlumatım vardı. Hazırda isə komandamız həvəskarlar liqasının ən güclü və böyük komdalarındandır”.
C.Hüseynov qeyd edir ki, MFL qeyri-peşəkar futbolçulara da özünü futbolda sınamağa, eləcə də özünü ulduz hiss etməyə imkan yaradır:
“Hesab edirəm ki, əməkdaşlıq üçün MFL ciddi təşkilatdır. Onun haqda yalnız qürurverici fikirlər söyləyə bilrəm. MFL ilə əməkdaşlıq müddətində futbolla bağlı bir çox şeylər öyrəndim. Komanda ilə əsas işi kapitan Tamerlan aparır. O, yekunlara görə nəticələr çıxarır”.
Öz növbəsində də kamandanın kapitanı Tamerlan İbrahimov əməkdaşlığın qəfil alınmasından bəhs etdi:
“Mən çoxdandır ki, Eleven restaurant & lounge-ın sahibi Cəmil Hüseynovu tanıyıram. MFL, komandamız haqda ona söyləyədim və ondan əməkdaşlıqla bağlı soruşdum. O, dedi ki, yaxşı bu, ideyadır. Baxmayaraq ki, həmin dövrlər o, futbolla maraqlanmırdı. Növbəti gün bu məsələ ilə bağlı danışdıq.
Elə həmin gün “Beerbaşa” (turnirin liderlərindən biri) qarşı oynayırdıq. Və hər kəs nədənsə düşünürdü ki, biz onlara uduzacağıq. Sonda hər şey əksinə baş verdi. Və biz qalib gəldik. Bundan sonra “Eleven” ilə əməkdaşlığımız başladı. Oyunçularımızdan biri Biko: (Elvin Həsmətov) – Eleven restaurant & lounge-ın rezidentidir.
“Cəmil çempionatda uğur əldə edəcəyimizə inanırdı. Biz də öz tərəfimizən hər oyunda meydançaya oynamaq və qalib gəlmək üçün çıxırıq. Hazırda “Eleven” sponsorumuzdur. Və bir sıra işlərdə bizə dəstək göstərir. Qarşılığında isə biz onları reklam edirik”, - deyə Tamerlan bildirib.
“Hazırda isə digər şirkətlər sponsorumuz olmaq üçün bizə müraciət edir. Lakin “Eleven” ilə yaxşı münasibətlərimiz olduğundan bu təklifləri qəbul etmirik”.
Komanda haqda danışan Tamerlan qeyd edir ki, MFL-in turnirlərində iştirak etmək komandaya yaxşı təsir bağışlayıb:
“Hər bir oyuna, eləcə də liqaya düzgün yanaşmaq lazımdır. İstər peşəkar, istərsə də həvəskar futbolda oyuna düzgün yanaşmaq lazımıdr. Əvvəllər komandaları güclü və zəiflərə ayırırdıq. İndi belə deyil”.
Komandanın uğuru müştərəklik və meydançadan kənar dostluqdadır.
“Bir-birimizi çoxdandır ki tanyırıq, birlikdə oynayırıq. Misal üçün, Ümidi komadaya gətirəndə heç bilmirdim ki, o, Toğrulla bir sinifdə oxuyub. Ümumiyyətlə, hesab edirəm ki, düzgün yanaşma və qalib olmaq – MFL-in uğurunun açarıdır”.
“Eleven”də elə oyunçu yoxdur ki, o əvvəllər peşkar futbolla məşğul olsun. Hər kəs məhəllədəki asfaltda oynayaraq böyüyərək həvəskar oyunçudur. Uzun müddətdir ki, bir yerdə oynayırıq. Digər çempionatda oynayaraq qalib gəlmişik”.
Tamerlan hesab edir ki, “Eleven” digərlərindən, ilk növbədə komanda oyununa görə güclüdür:
“Komandada fərdi parlaq oyunçular yoxdur. Lakin komandamızın güclü ruh-yüksəkliyi var. İlk növbədə biz hamımIz dostuq. Bu, başlıca üstünlükdür. Hər kəs öz fikirlərini söyləyə bilər”.
Liqada çıxışdan bəhs edən Tamerlan qeyd edib ki, MFL-in hesabına futbola başqa cür yanaşıblar:
“Çempionatda hər şey yüksək səviyyədə təşkil edilmişdi. “Eleven” də təşkilatçılara öz təkliflərini bildirib. İlk növbədə istərdik ki, meydanda bir yox, iki hakim olsun. İkinci məqam – oyunu izləmək istəyən azarkeşlər üçün şərait yaradılmasıdır. Üçüncü məqam isə - oyunun vaxtıdır. Bəzən oyun saat 19:00-a təyin edilir. Hər dəfə işdən sonra oyuna çatmaq mümkün olmur”.
“Biz çoxdandır ki, birlikdə oynayırıq. Bir-birimizi yaxşı anlayırıq. Komandanın bütün üzvlərinin bir-biri ilə münasibətləri yaxşıdır. Bütün problem və anlaşılmazlıqlar dostcasına həll edilir”, - komadanın digər üzvlərindən biri Orxan Qasımzadə də söhbətə qoşulur.
“MFL onlara nə verdi?” sualına bir qədər düşünürək cavab verən Orxan əminliklə bildirir:
“MFL-in sayəsində bir daha əmin olduq ki, əla komadayıq və birlikdə çox şeyə nail ola bilərik. Burada əsas yeri komadanın kapitanı Tamerlan tutur. Əgər o, olmasaydı komadamız yığılmazdı. O, turnirdə, məşqlərdə və oyun zamanı nizam-intimamın qorunmasının təşəbbüskarıdır”.
MFL özümüzü peşəkar futbolçu kimi hiss etməyə imkan verdi. Oyuna hazırlıq, növbəti oyunun gözləmək, təlaş – bütün bunlar çempionatda tamamilə başqa səviyyədə oynamağımıza dəlalət edir”.
İstənilən çempionat kimi MFL-in də öz derbiləri var
“B Konferensiyasının” əsas derbiləri “Eleven” və “Beerbaşa” arasındakı oyundur. Yaxın zamanlarda komandalar arasında keçirilən oyun “Eleven”in 5:2 hesabla qələbəsi ilə başa çatıb.
“Beerbaşa” ilə oyun ən prinsipial matç idi. Onlar bizim dostlarımızdır. Ona görə, də onlarla bu çempionatda oynamaq maraqlı idi. Eləcə də burada müyyən psinsipiallıq var. Buna görə də əlverişsiz hava şəraitinə baxmayaraq oyuna çoxlu sayda azarkeş gəlmişdi”, - Tamerlan xatırlayır.
Rəqiblərindən birini əsas favorit kimi seçmək çətin idi. Tamerlanın fikrincə bu, Underdog komandasıdır. Ümid və digərləri isə bunun "Olimpikstar olduğunu bildirir.
“Hesab edirəm ki, MFL-dən olan bəzi komanda və futbolçular Azərbaycanın futbol üzrə birinci divizyonunda iştirak edə bilər. Lakin bu, bizimki deyil”, - deyə Tamerlan söhbəti yekunlaşdırır.
MFL-i onlayn izləyin: