“Azərbaycan Beynəlxalq Bankı” “İnter” klubuna sponsorluğu dayandırıb | 1news.az | Xəbərlər
Futbol

“Azərbaycan Beynəlxalq Bankı” “İnter” klubuna sponsorluğu dayandırıb

20:44 - 27 / 01 / 2017
“Azərbaycan Beynəlxalq Bankı” “İnter” klubuna sponsorluğu dayandırıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) idarə heyəti “İnter” peşəkar idman klubuna sponsorluğun dayandırılmasına qərar verib.

1news.az ABB-nin rəsmi saytına istinadla xəbər verir ki, belə bir addımın atılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdır.

Bankın idarə heyətinin sədri Xalid Əhədov bununla bağlı bildirib:

“Yeni strateji hədəflərinə uyğun olaraq, idman sahəsindəki fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.

Bu qərarla bağlı digər hüquqi-texniki məsələlər qanunvericiliyə uyğun şəkildə mərhələli qaydada həllini tapacaq. Belə ki, müvafiq qərarla əlaqədar bankın müraciətinə uyğun olaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “İnter” klubunun cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün dəstəyini verəcək. ABB “İnter” peşəkar idman klubunun təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər.

Qeyd edək ki, klubun lisenziyalaşdırılması çərçivəsində götürülmüş öhdəliklər (o cümlədən, lisenziyalaşdırma prosesi çərçivəsində nəzərdə tutulan maliyyə zəmanəti) ABB tərəfindən yerinə yetiriləcək.

1news.az

Paylaş:
856

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər