Fransa “Avro-2016”dan 1 milyarddan çox gəlir götürüb | 1news.az | Xəbərlər
İdman

Fransa “Avro-2016”dan 1 milyarddan çox gəlir götürüb

14:20 - 29 / 01 / 2017
Fransa “Avro-2016”dan 1 milyarddan çox gəlir götürüb

2016-cı ildə keçirilən Avropa çempionatının final mərhələsi təşkilatçı ölkə Fransanın iqtisadiyyatına 1,2 milyard avrodan çox pul qazandırıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.

Aparılan araşdırma zamanı bəlli olub ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarışı izləmək, orada iştirak etmək üçün Fransaya üst-üstə 613 min qonaq gəlib. Orta hesabla bir əcnəbi qonaq Fransada 7,9 gün keçirib və günə 153 avro xərcləyib.

Bu və sair xərclərdən gəlir 1,2 milyard avrodan çox olub. Yarışın hazırlığına isə Fransa hökuməti 200 milyon avro xərcləyib.

1news.az

Paylaş:
690

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər