Federer 18-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi oldu | 1news.az | Xəbərlər
İdman

Federer 18-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi oldu

17:25 - 29 / 01 / 2017
Federer 18-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi oldu

İsveçrəli tenisçi Rocer Federer 5-ci dəfə "Australian Open" çempionatının qalibi oldu.

1news.az Trend-ə istinadən xəbər verur ki, Federer turnirin finalında ispan Rafael Nadal ilə görüşüb.

Matç 3 saat 37 dəqiqə davam edib və 6:4, 3:6, 6:1, 6:3 hesabı ilə isveçrəlinin xeyrinə yekunlaşıb.

Beləliklə, Federer karyerasında 18-ci dəfə Böyük Dəbilqə turnirinin qalibi oldu.

Qeyd edək ki, Rocer Federer bundan əvvəl "Australian Open" çempionatının 2004, 2006, 2007 və 2010-cu illərdə qalibi olub.

1news.az

Paylaş:
800

Son xəbərlər

Bütün xəbərlər