“Qəbələ” 2 futbolçu transfer etdi - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” 2 futbolçu transfer etdi - FOTO

18:07 - 29 / 01 / 2017
“Qəbələ” 2 futbolçu transfer etdi - FOTO

“Qәbәlә” heyətinə 2 futbolçu cəlb edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “qırmızı qaralar” Rasim Ramaldanovu heyәtinә qatıb.

O, sabah rәsmi müqavilәyә qol çәkәcәk.

Komandanın baş məşqçisi Roman Qriqorçukun tələbiylə "qırmızı-qaralar" hücum xəttini də gücləndirib.

Əyalət təmsilçisi Daniel Subotiçi transfer edib. 27 yaşlı forvard Moldovanın "Şerif" klubundan alınıb.

Hər iki futbolçu “Qafqazinfo”ya açıqlamalarında mәlumatı tәsdiqlәyiblər.

Xatırladaq ki, Subotiç 2013/14-cü il mövsümündə “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində 29 oyuna 12 qol vurmuşdu.

1news.az

Paylaş:
696

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər