Türkdilli xalqlar arasında şahmat üzrə I beynəlxalq turnir keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Türkdilli xalqlar arasında şahmat üzrə I beynəlxalq turnir keçiriləcək

18:28 - 29 / 01 / 2017
Türkdilli xalqlar arasında şahmat üzrə I beynəlxalq turnir keçiriləcək

Moldova Prezidenti İqor Dodon və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov bu gün Qaqauziyada olublar.

1news.az Azərtac-a istinadən xəbər verir ki, onlar Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax ilə birlikdə şahmat üzrə Qaqauziya çempionatının açılışında iştirak ediblər.

Bundan başqa, Qaqauz Yeri məktəblərinə 200 şahmat dəsti hədiyyə edilib.

Qaqauziyada türkdilli xalqlar arasında şahmat üzrə I beynəlxalq turnir keçirilməsi haqqında da FİDE prezidenti ilə razılıq əldə edilib.

FİDE prezidenti Moldovaya ölkə başçısı İqor Dodonun dəvəti ilə gəlib.

1news.az

Paylaş:
2225

Son xəbərlər

Bütün xəbərlər