Misir səfiri: Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” təşəbbüsü zərurətdən irəli gəlib | 1news.az | Xəbərlər
Siyasət

Misir səfiri: Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” təşəbbüsü zərurətdən irəli gəlib

21:40 - 01 / 02 / 2017
Misir səfiri: Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” təşəbbüsü zərurətdən irəli gəlib

Azərbaycan Prezidenti İlham Əliyevin “İslam Həmrəyliyi İli” təşəbbüsü zərurətdən irəli gəlib və qarşıya qoyulmuş hədəfə çatmaq üçün bu, hamının, o cümlədən hökumətin, vətəndaş cəmiyyəti təşkilatlarının, KİV-lərin diqqət mərkəzində saxlanmalıdır. Hamı əmin olmalıdır ki, bu şüar istər daxili, istərsə də beynəlxalq səviyyədə əhəmiyyətlidir və faydalıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Nuh söyləyib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdi. Bu təşəbbüs olduqca uğurlu idi.

Ərazisində mövcud olan milli, etnik və dini azlıqların birgəyaşayışı üzərində qurulan cəmiyyətlər bütün elmi, iqtisadi, mədəni və sosial səviyyələrdə inkişaf və tərəqqiyə uğurla nail olurlar. Multikulturalizmə çağırış həm də cəmiyyətlərin və xalqların inkişafına çağırışdır.

Diplomat diqqətə çatdırıb ki, Prezident Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ötənilki şüarla sıx şəkildə bağlıdır. Multikulturalizm də öz məsuliyyətini dərk edən və onu daşımağa qadir olan cəmiyyətlərin yaranmasına və mövcud olmasına yaxından töhfə verir. Səbəb isə budur ki, burada da hamı həmrəylik ideyasını, istər milli, istərsə də ideoloji müstəvidə mənimsəyir. Bunu İslam həmrəyliyi ideyası haqqında da demək olar.

Həqiqət budur ki, beynəlxalq çağırışlar, zorakılıq və terror hadisələrinin yayılması, bu terrorun bəzi beyinlərdə İslamla əlaqələndirilməsi, bu dinə zorakılıq mənbəyi, ekstremizmə sövq edən din kimi baxılması kimi halların fonunda İslam dünyası, doğrudan da bu həmrəyliyə möhtacdır. Elə bu çağırışlara sinə gərmək üçün həmrəylikdən zərurət kimi danışmaq lazımdır. İslam ölkələri bu çağırışların qarşısında birgə durmaq üçün bütün lazımı tədbirləri görməlidir.

İslam ölkələri İslam dininin mötədilliyinə və tolerantlığına diqqətlərini daha çox yönəltməlidir. İslam zorakılığı və fikri zorla başqasına qəbul etdirməyi, məcburiyyəti rədd edir, cəmiyyətin fərqli etiqadlı bütün üzvləri arasında birgəyaşayışı təmin edir. Bu ölkələrin nümayəndələri elmi forumlar, konfranslar vasitəsilə, müxtəlif KİV-lərdə Quran ayələrindən, Məhəmməd (s) peyğəmbərin həyat yolundan misallar gətirməlidirlər.

Belə ki, məhz bu misallarda “dində zor yoxdur”, “birini haqsız öldürən kəs bütün insanları öldürmüş kimidir” fikirləri öz əksini tapır. Bütün bu ayələr, hikmətlər əxlaqın gözəlliyinə dəvət edir. Dinin əsası elə xoş davranışdır. İbadətlər isə insanla Rəbbi arasında şəxsi məsələdir, üçüncü tərəfə aid deyil.

AZƏRTAC

 

Paylaş:
600

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər