Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirir | 1news.az | Xəbərlər
Siyasət

Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirir

16:06 - Bu gün
Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da güclənir.

1news.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyənin bir sıra aparıcı şirkətləri – "Baykar", "Roketsan", "ASELSAN" və digər müdafiə sənayesi müəssisələri Azərbaycanda ortaq istehsal və investisiya layihələri həyata keçirir:

"İki ölkə arasında birgə müəssisələr çərçivəsində istehsal fəaliyyəti davam etdirilir və yeni texnoloji layihələr üzrə əməkdaşlıq genişləndirilir"

H.Bayraktar həmçinin bildirib ki, "Baykar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yaradılan istehsal müəssisələrində bəzi məhsulların istehsalı həyata keçirilir:

"Azərbaycan və Türkiyə müdafiə sənayesində qardaş ölkələr olaraq yüksək səviyyədə əməkdaşlığı davam etdirir və bu tərəfdaşlıq getdikcə daha da dərinləşir".

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da güclənir.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyənin bir sıra aparıcı şirkətləri – "Baykar", "Roketsan", "ASELSAN" və digər müdafiə sənayesi müəssisələri Azərbaycanda ortaq istehsal və investisiya layihələri həyata keçirir:

"İki ölkə arasında birgə müəssisələr çərçivəsində istehsal fəaliyyəti davam etdirilir və yeni texnoloji layihələr üzrə əməkdaşlıq genişləndirilir"

H.Bayraktar həmçinin bildirib ki, "Baykar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yaradılan istehsal müəssisələrində bəzi məhsulların istehsalı həyata keçirilir:

"Azərbaycan və Türkiyə müdafiə sənayesində qardaş ölkələr olaraq yüksək səviyyədə əməkdaşlığı davam etdirir və bu tərəfdaşlıq getdikcə daha da dərinləşir".

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər