“Neftçi” ispaniyalı hücumçu ilə müqavilə imzaladı | 1news.az | Xəbərlər
İdman

“Neftçi” ispaniyalı hücumçu ilə müqavilə imzaladı

13:12 - 02 / 02 / 2017
“Neftçi” ispaniyalı hücumçu ilə müqavilə imzaladı

“Neftçi” qış transfer dönəmində sonuncu transferini həyata keçirib.

1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb.

Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb.

31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib.

Daniel Seqoviya “Neftçi”də 12 nömrəli formanı geyinəcək.

1news.az

Paylaş:
883

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər