SOS: Azərbaycanda nikahdan öncə birgə yaşayışa münasibətiniz necədir? – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

SOS: Azərbaycanda nikahdan öncə birgə yaşayışa münasibətiniz necədir? – VİDEO

15:17 - 07 / 02 / 2017
SOS: Azərbaycanda nikahdan öncə birgə yaşayışa münasibətiniz necədir? – VİDEO

1news.az informasiya agentliyi 1news TV layihəsi çərçivəsində yeni SOS (Sosial Sorğu) adlı layihəsini təqdim edir.

Layihə çərçivəsində müxbirimiz Emil Nəsirov paytaxt sakinləri ilə ən aktual mövzularla bağlı sorğu keçirəcək.

Toxunmaq istədiyimiz ilk mövzu olduqca həssasdır.

Belə ki, son zamanlar cəmiyyətimizdə tez-tez rast gəldiyimiz hallardan biri boşanmaların artmasıdır. Ola bilsin ki, bunun səbəbi ailə quran gənclərin bir-birini az tanımasıdır.

Məlum olduğu kimi, bir çox sosioloq və psixoloqlar hesab edir ki, nikahdan öncə birgə yaşayış ailə bağlarını möhkəmləndirir.

Buna görə də, layihə çərçivəsində sakinlərə belə bir sualla müraciət etdik: “Nikahdan öncəki birgə yaşayışa münasibətiniz necədir?”

Respondentlərin cavabı təqdim etdiyimiz video reportajda.

1news.az

Paylaş:
1487

Son xəbərlər

Bütün xəbərlər