AFFA-dan “Kəpəz”lə “Zirə”nin futbolçusuna 2 oyunluq cəza | 1news.az | Xəbərlər
Futbol

AFFA-dan “Kəpəz”lə “Zirə”nin futbolçusuna 2 oyunluq cəza

16:56 - 07 / 02 / 2017
AFFA-dan “Kəpəz”lə “Zirə”nin futbolçusuna 2 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 16-cı turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL klubunun futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 5,  “Kəpəz” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Meza Kolli və  oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.

1news.az

Paylaş:
513

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər