Hakan Çalhanoğlu 4 aylıq maaşından imtina edib
Türkiyə millisi və Leverkuzenin “Bayer” komandasının futbolçusu Hakan Çalhanoğlu cəzalı olduğu müddətdə məvacib almayacaq.
1news.az Azərtac-a istinadən xəbər verir ki, “Bayer”in yaraımmüdafiəçisi 4 aylıq diskvalifikasiyası müddətində maaş və bütün mükafatları almaqdan imtina edib. Futbolçu bu addımı ona görə çətin vəziyyətə düşən klubuna həmrəylik əlaməti olaraq atıb.
Xatırladaq ki, Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) FIFA-nın Hakanı 4 aylıq cəzalandırmaq və 100 min avro cərimələməklə bağlı qərarını təsdiqləyib. Bu qərar “Trabzonspor”un dünya ali futbol qurumuna şikayəti üzündən olub. Çalhanoğlu 2011-ci ildə bu klubla razılaşsa da, Almaniyanın “Karlsrue” klubuna keçib.
1news.az
768