Ramil Şeydayev Slovakiya klubunda? | 1news.az | Xəbərlər
Futbol

Ramil Şeydayev Slovakiya klubunda?

11:25 - 10 / 02 / 2017
Ramil Şeydayev Slovakiya klubunda?

Millimizin və “Trabzonspor”un hücümçusu Ramil Şeydayevin yeni klubunun adına aydınlıq gəlmək üzrədi. 

1news.az olay61-ə istinadən xəbər verir ki, heyətə düşməkdə çətinlik çəkən 20 yaşlı hücumçumuz karyerasını Slovakiyada davam etdirəcək. Razılaşmaya əsasən, Şeydayev qarşıdakı il yarımı “Jilina”da keçirəcək. 

Ötən gün komanda yoldaşları ilə vidalaşan Şeydayevin Trabzonu tərk etdiyi bildirilir.

Qeyd edək ki, “Trabzonspor”a mövsümün əvvəlində “Zenit”dən keçən Ramil Şeydayev Qara dəniz təmsilçisi ilə 4 illik müqavilə imzalamışdı. O, mövsümün əvvəlindən çıxış etdiyi "Trabzonspor"un heyətində çıxdığı 3 oyunda 1 qol vurmağı bacarıb.

Şəfail Baxşiyev

Paylaş:
824

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər