İntizam Komitəsi “Zirə”, “Qəbələ” və “Neftçi”ni cərimələdi | 1news.az | Xəbərlər
Futbol

İntizam Komitəsi “Zirə”, “Qəbələ” və “Neftçi”ni cərimələdi

14:07 - 14 / 02 / 2017
İntizam Komitəsi “Zirə”, “Qəbələ” və “Neftçi”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 18-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz  Premyer Liqasının XVIII turunun “Zirə” – “Qəbələ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

1news.az

Paylaş:
733

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər