Dövlət Neft Fondu 2016-cı il üzrə gəlir və xərclərini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu 2016-cı il üzrə gəlir və xərclərini açıqlayıb

11:55 - 14 / 02 / 2017
Dövlət Neft Fondu 2016-cı il üzrə gəlir və xərclərini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı il ərzində ARDNF-nin büdcə gəlirləri 9 410,2 milyon manat, büdcə xərcləri isə 9 022,1 milyon manat təşkil edib.

1news.az-a  Fonddan verilən xəbərə görə, 2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 320,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18,0 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 068,8 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 5 705,7 milyon manat təşkil edib.

2016-cı il ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılıb.

31,6 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil edib.

2017-ci il yanvarın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 1,27% azalaraq 33 147 milyon ABŞ dollarına bərabər olub. Gəlirlərin xərcləri üstələməsinə baxmayaraq Fondun aktivlərinin azalmasının səbəbi Avro, İngilis funt sterlinqi, Türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

1news.az

Paylaş:
841

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər