Akkumulyator və inşaat materialları oğurlayan əkiz qardaşlar ələ keçdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Akkumulyator və inşaat materialları oğurlayan əkiz qardaşlar ələ keçdilər

18:16 - 17 / 02 / 2017
Akkumulyator və inşaat materialları oğurlayan əkiz qardaşlar ələ keçdilər

Polis əməkdaşları oğurluqla məşğul olan əkiz qardaşları saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları tərəfindən ötən il sentyabrın 24-dən cari il yanvarın 22-dək olan müddətdə şəhər ərazisində 2 avtomobildən akkumulyator, habelə 2 evdən inşaat materialları oğurlamaqda şübhəli bilinən yeniyetmə əkiz qardaşlar saxlanılıblar.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər