Avropa İttifaqı Dağlıq Qarabağda planlaşdırılan "referendum"un nəticələrini tanımır | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı Dağlıq Qarabağda planlaşdırılan "referendum"un nəticələrini tanımır

20:45 - 17 / 02 / 2017
Avropa İttifaqı Dağlıq Qarabağda planlaşdırılan "referendum"un nəticələrini tanımır

“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”.

1news.az xəbər verir ki, bu barədə APA-ya Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan “referendum”la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib:

“Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər