Millimizin toplanışına görə Premyer Liqanın təqvimində dəyişiklik edildi
Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib.
1news.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin martın 7-9-da Qətərin paytaxtı Dohada toplanış keçirməsi səbəb olub.
AFFA Peşəkar Futbol Liqasına müraciət edərək bu səbəbdən Premyer Liqanın XXII turunda dəyişiklik edilməsini xahiş edib. Milli komanda amilini nəzərə alan PFL də bununla bağlı qərar verib.
Qərara əsasən XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları martın 11-dən 13-nə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları 12-dən 14-nə keçirilib.
1news.az
582