Bakıda yolların buz bağlaması nəticəsində 23 nəfər yıxılaraq xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yolların buz bağlaması nəticəsində 23 nəfər yıxılaraq xəsarət alıb

16:13 - 18 / 02 / 2017
Bakıda yolların buz bağlaması nəticəsində 23 nəfər yıxılaraq xəsarət alıb

Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində ötən sutka ərzində 23 nəfər yıxılaraq xəsarət alıb.

1news.az xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib.

Onun sözlərinə görə, bir vətəndaşa yerində ilkin yardım göstərilib, 22-si isə xəstəxanaya yerləşdirilib:

“Onların arasında ciddi xəsarət alanlar yoxdur. Əsasən yuxarı və aşağı ətrafların zədələnməsi müşahidə edilir”.

1news.az

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər