Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsi ilə bağlı tədbirlər planı hazırlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsi ilə bağlı tədbirlər planı hazırlayıb

16:48 - 20 / 02 / 2017
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsi ilə bağlı tədbirlər planı hazırlayıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar   bir sıra tədbirlər keçirəcək.

1news.az-a İdarədən verilən xəbərə görə, fevralın 26-da İdarənin kollektivi Xocalı soyqırımının qurbanlarının xatirəsinə  ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək.

İdarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzeylər və Heydər Əliyev mərkəzlərində sərgilər, anım gecələri, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, məlumat saatları və mühazirələr keçiriləcək.

Həmçinin, İdarənin şəbəkəsinə daxil olan müəssisələrdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər  nümayiş olunacaq.

Tədbirlərin keçirilmə tarixi və saatı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəsmi internet saytında yerləşdiriləcək.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər