Martın ən çox gözlənilən smartfonları açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Martın ən çox gözlənilən smartfonları açıqlanıb

17:05 - 20 / 02 / 2017
Martın ən çox gözlənilən smartfonları açıqlanıb

Martda ən çox gözlənilən smartfonların adı açıqlanıb. Barselonada keçiriləcək ən böyük mobil qurğu sərgisi çərçivəsində dünyanın aparıcı “Nokia”, “LG”, “BlackBerry”, “Huawei”, “Samsung” və digər şirkətləri hazırda bəziləri sirr kimi saxlanılan aktual yeniliklərin nümayişinə hazırlaşır.

1news.az ICTnews-a istinadən xəbər verir ki, yanvarda “Nokia 6” smartfonunu nümayiş etdirən “Nokia” şirkətinə böyük ümidlər var.

“Qualcomm Snapdragon 835” çipseti ilə “Android” sistemli “Nokia 7” və “Nokia 8” modellərinin də bu il buraxılacağı gözlənilir.

Çinin “TCL Corp” şirkəti satış həcmi sıfıra bərabər Kanadanın “ВlackBerry” brendini satın alaraq məşhur markanın dizaynında operativ dəyişikliklərə başlayıb. Bununla əlaqədar olaraq Barselonada böyük ümidlərin bəslənildiyi “ВlackBerry Mercury” smartfonu nümayiş olunacaq.

“LG G6” smartfonu sərgisinin açılışı olacağı bildirilir. Mütəxəssislər əmindirlər ki, retro dəbi və qabaqcıl innovasiyaların effektiv birləşməsi istifadəçilərə mobil qurğu ilə ünsiyyətdən maksimum həzz almağa imkan verəcək.

Çinin “Huawei” şirkətinin məhsulları uzun müddətdir populyarlıq qazanıb. Daha çox alıcı cəlb etmək üçün şirkət hər il smartfonların istehsal xəttini yeniləyir və 2017-ci ilin yazı bu baxımdan istisna olmayacaq. Əsas təqdimatın ucuz və bahalı versiyada hazırlanan “Huawei P10” smartfonunun olacağı qeyd olunur. Birinci qurğu 3 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla, ikinci qurğu isə müvafiq olaraq 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək. “Android 7.0” əməliyyat sistemi ilə “Kirin 960” prosessoru qurğunun yüksək məhsuldarlığını təmin edəcək.

“Samsung” şirkəti uğursuzluqdan sonra “Samsung 8” modeli ilə öz şöhrətini qaytarmağa çalışacaq. Alışan akkumulyatorlar tarixdə qalaraq ictimaiyyəti bu anlaşılmazlığı unutmağa, təqdimatı bütün dünyada səbirsizliklə gözlənilən yeni “Samsung 8” smartfonu kömək edəcək. “Snapdragon 840” prosessorunun və “Android 7.0” əməliyyat sisteminin quraşdırılacağı qurğunun operativ yaddaşı 6 giqabayt təşkil edəcək. Həmçinin barəsində məlumatın az olduğu “Galaxy S8 Pro” qurğusunun təqdim ediləcəyi gözlənilir.

1news.az

Paylaş:
497

Son xəbərlər

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblərBu gün, 15:30“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06
Bütün xəbərlər