Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir

17:44 - 20 / 02 / 2017
Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir

Fevralın 20-də Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiyin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdə Maksim Kuryaçiy ölkələrimiz arasında ikitərəfli strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Qonaq ölkələrimizin müxtəlif sahələrdəki yüksək əməkdaşlığından danışıb, münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolunu vurğulayıb. O, Ukraynanın hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib və bildirib ki, bu siyasət dəyişməyəcək.

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkələrimizin müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli faydalı əməkdaşlığından danışıb. O, səfərin münasibətlərin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər