Hərbi Akademiyada kibertəhlükəsizlik məsələlərinə dair elmi-praktik konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi Akademiyada kibertəhlükəsizlik məsələlərinə dair elmi-praktik konfrans keçirilib – FOTO

20:43 - 20 / 02 / 2017
Hərbi Akademiyada kibertəhlükəsizlik məsələlərinə dair elmi-praktik konfrans keçirilib – FOTO

Fevralın 20-də Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli Fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyasının 18-ci ildönümü münasibətilə konfrans iştirakçılarını və bütün şəxsi heyəti təbrik edən H.Piriyev çıxışında hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Çıxış edənlər kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.

Rəsmi hissədən sonra xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının ifasında konsert proqramı ilə davam edib.

1news.az

Paylaş:
578

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər