Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

13:25 - 21 / 02 / 2017
Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 8-12, Bakıda gecə 1-3, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  767  mm civə sütunundan 761 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1news.az

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər