Bakıda dönərxana partlayıb: 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dönərxana partlayıb: 5 nəfər xəsarət alıb

13:53 - 21 / 02 / 2017
Bakıda dönərxana partlayıb: 5 nəfər xəsarət alıb

Bakıda dönərxanada partlayış olub.

Hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Onlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

APA

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər