AFFA “Qarabağ” və “Qəbələ”ni cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
1news.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 19-cu turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Zirə”nin futbolçusu Anar Nəzirovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının XIX turunun “Qəbələ” – “Qarabağ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
“Qəbələ” və “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunub.
“Qəbələ” və “Qarabağ”ım azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunub.
“Qəbələ”nin azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunub.
1news.az