Azərbaycan nümayəndə heyəti İrana gedir

Fevralın 22-də iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə gedəcək.
İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, bir sıra ikitərəfli görüşlər keçiriləcək, Ərdəbil və Urmiyada biznes forum təşkil ediləcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq.
1news.az
513