Ermənilər cəbhəyanı kəndi atəşə tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər cəbhəyanı kəndi atəşə tutub

19:55 - 21 / 02 / 2017
Ermənilər cəbhəyanı kəndi atəşə tutub

Ermənilər cəbhəyanı kəndi atəşə tutması nəticəsində ot tayası yanıb.

1news.az APA-ya istinadən xəbər verir k, hadisə Ağdamın Hacıməmmədli kəndində qeydə alınıb.

Kənddə məskunlaşan Nuridə Məmmədovanın bildirdiyinə görə, ermənilər kəndi yandırıcı güllələrlə atəşə tutub. Güllələrdən biri N. Məmmədovanın həyətində olan tayasına düşdükdən sonra yanğın başlayıb.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər