ABŞ konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib – FOTO

10:31 - 21 / 02 / 2017
ABŞ konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib – FOTO

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar bəyanat verib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan 1news.az-a verilən məlumata görə, bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin “Human Rights Watch” təşkilatına istinad edilərək bu faciənin regionda ən böyük qətliam olaraq qeydə alındığı vurğulanır. Bildirilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqonu, eləcə də ştatın İmperial Vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen Xuan Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür. Əvvəllər Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.

1news.az

Paylaş:
703

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər