AccessBank-dan iş adamlarına xüsusi təklif - “Biznesə 5D”
Nağdsız hesablaşmaları asanlaşdırmaq üçün Bank yeni imkanlar yaradır
Daim sahibkarlara dəstək olan AccessBank, nağdsız hesablaşmalarla bağlı yeni tələbləri nəzərə alaraq iş adamlarının ehtiyaclarına uyğun özəl təkliflər təqdim edir. Bu təkliflər həm fərdi sahibkarların, həm də hüquqi şəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
“Biznesə 5D“ adlı xüsusi təklifdən yararlanan müştərilər ümumilikdə 5 məhsul və xidməti pulsuz əldə edəcəklər:
- Cari hesablar
- Əməkhaqqı Layihələri
- Müştərinin VÖEN hesabına bağlı Biznes Kart
- Pos-terminal
- Onlayn bankinq
Bu xidmətləri istifadə etməklə iş adamları banka gəlmədən 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilərlər. AccessBank fəaliyyətinin prioritet istiqamətlərindən biri olan korporativ bankçılığı daha da inkişaf etdirmək məqsədilə yaxın gələcəkdə yeni məhsul və xidmətlər təqdim edəcək.
Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren BB+ səviyyəsində təsdiqlənib.