Yaşar Vahabzadə millimizin baş məşqçisi təyin edildi | 1news.az | Xəbərlər
Futbol

Yaşar Vahabzadə millimizin baş məşqçisi təyin edildi

16:27 - 23 / 02 / 2017
Yaşar Vahabzadə millimizin baş məşqçisi təyin edildi

Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iştirak edəcək. 

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq.

Qeyd edək ki, Yaşar Vahabzadə 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisidir.

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq.

1news.az

Paylaş:
616

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər