Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub – FOTO

18:44 - 23 / 02 / 2017
Cəbhəboyu zonada yeni təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışı olub – FOTO

Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə xəttində yeni inşa edilmiş təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışında iştirak edib.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, təlim mərkəzi haqqında məruzə edilərək bildirilib ki, burada idarəetmə məntəqəsi, qərargah binası və şəxsi heyətin yerləşdirilməsi üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə yaxın inşa edilən, cəbhə xəttindəki vəziyyətə uyğun modelləşdirilmiş təlim nöqtələri atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşgələlərin keçirilməsi üçün nəzərdə tutulub.

Bununla yanaşı mürəkkəb dağ şəraitində döyüş aparmaq, kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, pusqular quraraq hərbi əməliyyatlar zamanı düşmənə qarşı effektiv tədbirlər görmək kimi döyüş tapşırıqlarını tədris və praktiki məşq etmək üçün təlim mərkəzində lazımi şərait yaradılıb.

Müdafiə naziri mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə mövcud olan müasir təlim üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiq edilməsi və şəraitə uyğunlaşdırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlar verib.

1news.az

Paylaş:
520

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər