Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalanıb – FOTO

19:18 - 23 / 02 / 2017
Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalanıb – FOTO

Fevralın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-nın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul etdi. Qəbul çərçivəsində Gəncə, Xaçmaz, Salyan və Kürdəmir rayonlarında Amerika Guşələrinin Azərbaycanda yenidən açılmasına dair ikitərəfli Anlaşma Memorandumu imzalandı.

1news.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qonağı səmimi qəbul edən nazir Əbülfəs Qarayev bildirib ki, imzalanan memorandum uğurla həyata keçiriləcək. Kitabxanalar şəbəkəsində bu layihə artıq bir neçə ildir icra olunur və  yenidən imzalanma nəticəsində bu iş daha da geniş vüsət alacaq.

Layihə nazirliyin 2017-ci il iş planında mühüm yer tutacaq. Nazir həmçinin vurğulayıb ki, Azərbaycanın yaxın zamanlarda hazırlaşdığı  böyük bir layihədə də ABŞ-nın yaxından iştirak edəcəyinə ümidvaram. Bu layihə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. 

Göründüyü kimi bu Forum dünyanın aparıcı təşkilatları tərəfindən dəstəklənir və inanıram ki, ABŞ da bu maraqları nəzərə alaraq layihə ilə ciddi şəkildə maraqlanacaq.  Artıq Forumda iştirakla bağlı məktub ABŞ Dövlət katibliyinə göndərilmişdir.  Nazir səfiri yeni administrasiya dövründə ilk imzalanmış müqavilə münasibəti ilə  təbrik edərək Azərbaycan və ABŞ arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırdı.

Səfir Robert Sekuta öz növbəsində bildirdi ki, Anlaşma memorandumu hər iki ölkə arasında faydalı olacaq. Həm Azərbaycan həm də Amerika vətəndaşlarının faydalı məlumatlardan istifadəsinə xidmət edəcək. Nəzərə alsaq ki, bura təkcə mədəniyyət sahəsi deyil, həmçinin turizm də daxildir o zaman Amerika turizm şirkətlərinin də Azərbaycanla əlaqələrinə təkan vermiş olacağıq. Amerika Guşələri kitabxanalarda yerləşəcək və yerli əhaliyə internet və maarifləndirici materiallardan pulsuz istifadə imkanı yaradacaq. Bu layihə həm də Azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz çox şadıq ki, paytaxt Bakıdan kənarda yaşayan gənclər də bizim layihədən tam şəkildə faydalana biləcəklər.

Görüş hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əlaqələr mövzusunda fikir mübadiləsi ilə davam etdi.

1news.az

Paylaş:
769

Son xəbərlər

Silk Way Group COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib12 / 11 / 2024, 18:40Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib12 / 11 / 2024, 18:02Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb12 / 11 / 2024, 17:43Emin Ağalarov: “Bakıda keçirilən COP29 yeni imkanlar yaradır” - MÜSAHİBƏ12 / 11 / 2024, 17:27Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 17:25Alparslan Bayraktar: “Türkiyə, külək və günəş enerjisində quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir”12 / 11 / 2024, 17:14Azərbaycan və Polşa Prezidentləri arasında görüş keçirilib - FOTO12 / 11 / 2024, 17:06Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib12 / 11 / 2024, 16:59Dövlət Başçısı İordaniya Haşimilər Krallığının Vəliəhdi ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:59Prezidentin ailəsi COP29-da - FOTO12 / 11 / 2024, 16:45ADY sərnişinlərə müraciət edib12 / 11 / 2024, 16:37Əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 11 / 2024, 16:21Prezident İspaniya Krallığı Hökumətinin Sədri ilə görüşüb - YENİLƏNİB12 / 11 / 2024, 16:08İlham Əliyev Qana Prezidenti ilə görüşüb12 / 11 / 2024, 15:44Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb12 / 11 / 2024, 15:22İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb12 / 11 / 2024, 14:34XİN Konstitusiya Günü münasibətilə paylaşım edib12 / 11 / 2024, 14:16Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib12 / 11 / 2024, 14:01Baş nazir Əli Əsədov İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb12 / 11 / 2024, 13:41İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb12 / 11 / 2024, 13:23
Bütün xəbərlər