Azərbaycan-Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib – FOTO

20:46 - 23 / 02 / 2017
Azərbaycan-Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib – FOTO

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan və Ukrayna parlamentinin deputatları,dövlət və hökumət rəsmiləri,elm və  mədəniyyət xadimləri,diaspora və media təmsilçiləri iştirak edib.

1news.az-a Azərbaycanın Ukraynadakı  səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, diplomatik əlaqələrin 25 illik uğurlarından  söz açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ikitərəflı strafeji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir, beynəlxalq arenada strateji müttəfiqlər kimi taninan  hər iki dövlətin eyni mövqedən çıxış edərək bir–birinə dəstək vermələrini  müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.

Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və strateji müttəfiqi adlandıran Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy,ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni,hərbi ,texniki əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Bu günlərdə Ukrayna parlament nümayəndələrinin ölkəmizdə işgüzar səfərdə olduğunu diqqətə çatdıran deputat,son illər Azərbaycanın böyük inkişaf yolu keçərək şərqi avropanın ən aparıcı ölkələrindən birinə çevrilməsinin  fərəhləndirici hal olduğunu bildirib. Müstəqillik illərində Azərbaycanın keçdiyi yolun heçdə hamar olmadığını, 1990-92-ci illərdə xalqımızın 20 yanvar faciəsi  və Xocalı soyqrımı ilə üzləşdiyini  bildirən M. Kuryaçiy bu ağır günlərdə Ukraynanın daima Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Müstəqillik illərində  Azərbaycanla Ukraynanın işğalçılıq siyasətinə məruz qaldığını xatırlayan Milli Məclisin İdman və Gənclər Komitəsinin sədri Fuad Muradov 25 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqrım siyasətindən bəhs edib.Heydər Əliyev fondunun vitseprezidenti Leyla Əliyevanın Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirtdiyi tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentlərinin Xocalı soyqrımını tanidığını bildirın deputat, qəddarlıq baxımdan 20-ci əsrin ən amansız qətliamı olan Xocalı faciəsinin Ukrayna parlamenti tərəfindəndə soyqrım aktı kimi qəbul olunmasının vacibliyini bildirib.

Tədbirdə Ukrayna parlamentinin deputatı Oleq  Medunitsa,Milli Məclisin deputatları Rasim Musabəyov,Shahin İsmayılov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektoru  Bek Pyotr,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər  şəxslər çıxış edərək  Azərbaycanla Ukrayna arasındakı tarixi doastluq əlaqələrindən söz açıblar.İkitərəfli  diplomatik münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

1news.az

Paylaş:
749

Son xəbərlər

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33
Bütün xəbərlər