Samir Məsimov və Bəxtiyar Soltanov AZAL-da | 1news.az | Xəbərlər
Futbol

Samir Məsimov və Bəxtiyar Soltanov AZAL-da

10:23 - 23 / 02 / 2017
Samir Məsimov və Bəxtiyar Soltanov AZAL-da

AZAL heyətini iki yeni futbolçu ilə gücləndirib.

1news.az-ın məlumatına görə, Bakı klubu U-21 millimizin sabiq üzvü Samir Məsimovla mövsümün sonuna qədər müqavilə imzalayıb. 22 yaşlı futbolçunun oyunu klubu qane etsə, onunla müqavilənin müddəti daha 1 illik uzadılacaq.

Məsimov son olaraq Sloveniyanın “Domjale” klubunda çıxış edib.

Bundan başqa, paytaxt klubu “Qaradağ Lökbatan”ın yarımmüdafiəçisi Bəxtiyar Soltanovu transfer edib. Onunla da 6 ay müddətinə müqavilə imzalanıb. Klub oyunçudan razı qalsa, daha 1 illik müqavilə imzalaya biləcək.

Qeyd edək ki, Bəxtiyar karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz” və “Qəbələ” kimi Premyer Liqa klublarında forma geyinib. 

1news.az

Paylaş:
1110

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər