Türkiyə vətəndaşı Bakıda 81 yaşlı qadını vuraraq öldürdü

Türkiyə vətəndaşı Bakıda qəza törədib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 23-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Türkiyə vətəndaşı İkram Əkən Salim idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 81 yaşlı Umudəli Mirzəyevi vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
1news.az
482